Ordu.az xəbər verir ki, bu barədə "Kalaşnikov" konserninin prezidenti Vladimir Dimitrev bildirib.
"Ermənistan sözügedən avtomat silahı əldə edəcək ilk dövlət olacaq. AK-12 avtomatının ilk partiyasının tədarükü haqqında müqavilə artıq imzalanıb. Ermənistan Müdafiə Nazirliyi 50 bu cür avtomat alacaq. Onlar onu praktiki olaraq sınaqdan keçirəcəklər və ümid edirik ki, daha böyük partiya sifariş verəcəklər", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az