Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərbi rəsmilər və ekspertlər bildiriblər.
Məlumata görə, Yeni Dehli Çinin sürətlə böyüməkdə olan donanmasının öz qonşuluğundakı mövcudluğundan artıq ciddi narahatlıq hiss edir. Eyni zamanda o, Şərqi Asiya ölkələrinin inşa etməkdə olduğu kommersiya limanlar şəbəkəsinin gələcəkdə dəniz postları ola biləcəyinə dair ehtiyat edir.
Bu narahatlıqları nəzərə alan Hindistan donanmasının Malakka boğazı yaxınlığından Hind okeanına daxil olan Çin gəmiləri və sualtı qayıqlarının qarşısını almaq məqsədilə yeni aviabaza açmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, hər il Hind okeanından təxminən 120 min gəmi keçir ki, onların 70 minə yaxını Malakka boğazından hərəkət edir.
Ağalar Ağalarlı
Ordu.az