Gəmiricilər erməni hərbçilərini xəstəxanalıq etdi

2019/01/10319-1548060839.jpg
Oxunub: 9685     12:47     21 Yanvar 2019    
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrində son dərəcə gərgin, eyni zamanda komik bir qalmaqal yaşanmaqdadır.

Ordu.az xəbər verir ki, altıncı və beşinci dağ atıcı alaylarının, eləcə də artileriya divizionun hərbi qulluqçuları son günlər intensiv olaraq siçovulların hücumuna məruz qalırlar.

Tibb məntəqələrinə müraciət edən 10-na yaxın hərbi qulluqçuya yardım göstərilərək zərdablar vurlub və onlar xidmət yerlərinə qaytarılıb. Lakin beşinci dağ atıcı alayının 4 hərbi qulluqçusunun vəziyyəti ağır olduğundan hospitala yerləşdirildiyi bildirilir.

Sosial şəbəkələrdə bu olayla bağlı paylaşımalar edənlərin çoxu “ərzaq anbarlarında yeməyə bir şey tapsaydılar, siçovullar yazıq əsgərlərimizi dişləməzdilər”, - deyə ironik ifadələr yazıblar.

Xankəndindən sanitar-epidemioloji dəstə problemlə məşğul olmaq üçün hərbi hissələrə ezam olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Gəmiricilər   Qarabağ  


Bizi "telegram"da izləyin