Şarmazanov qondarma prinsiplərin dövriyyədən çıxarıldığını etiraf etdi

2019/01/eduar-1548051005.jpg
Oxunub: 12903     10:29     21 Yanvar 2019    
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatları ümumi xarakter daşıyır. Bu bəyanatlarda aydın ismarıclar yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibədə Ermənistanın Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

Onun fikrincə, “Öz müqqədəratını təyinetmə hüququ” anlayışı dövriyyədən çıxarılıb, yalnız münaqişənin hansısa ədalətli həlli haqqında danışılır.

“Biz bu barədə dəfələrlə bəyan etmişik. Zöhrab Mnatsakanyanın və Ruben Rubinyanın Vyana və Sankt Peterburqda əldə edilmiş razılaşmaların gündəlikdən çıxarılmadığına bizi inandırmağa cəhd etmələrinə baxmayaraq, Bakının belə bir razılaşma olmadığına dair bəyanatlarını nəzərə alaraq buna inanmaq çətindir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan 5 dəfə Azərbaycan Xarici İşlər nazirliyinin rəhbəri ilə görüşüb. Bu görüşlərin nəticəsi barədə 1 rəsmi açıqlama və 1 bəyanat verilib. Bu bəyanatların heç birində Qarabağın statusu barədə xatırlatma yoxdur”, - deyə Şarmazanov qeyd edib.

Şarmazanovun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində 2019-cu ildə Azərbaycan tərəfinin müsbət gözləntilərinin nə ilə bağlı olduğuna dair suala hazırda Ermənistan rəhbərliyindən cavab verilməyib.

“Əliyev bəyan edir ki, ərazilər Azərbaycana qaytarılmalıdır, bunun ardından Elmar Məmmədyarovun 2019-cu ilin irəliləyiş ili olacağına dair bəyanatı səsləndirilir. Paşinyan isə öz növbəsində, Düşənbədə liftdə əl sıxmadan sonra Əliyevi savadlı adlandırır. Paşinyan Xankəndində deyir ki, Qarabağ adından danışıqlar apara bilməz və Xankəndini müzakirə prosesinə daxil etmək üçün əlindən gələn hər şeyi edəcək. Lakin Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin beş görüşündə bu barədə niyə danışılmır? Bu, başa düşülən deyil”, - deyə Eduard Şarmazanov Paşinyan hakimiyyətini tənqid edib.

O əlavə edib ki, Nikol Pşinyanın komandasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aydın və dəqiq bir konsepsiyası yoxdur.

“Əgər sülh deməklə “ərazilər əvəzinə sülh” anlayışını dərk edirlərsə, o zaman bu yolverilməzdir. Həmçinin, Qarabağ münaqişəsinin nizamlanması istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir deyə İlham Əliyevin bəyanatına da erməni hakimiyyətinin heç bir reaksiya verməməsi qəbuledilməzdir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şarmazanov  


Bizi "telegram"da izləyin