Ordu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi analitik Pavel Falqenqauer Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Düşənbədə irəli addım ataraq birbaşa əlaqə yaradılması təklifinə razılıq verib.
“Bu, Azərbaycan tərəfindən atılan addım kimi nəzərdən keçirilir. Azərbaycan daima münaqişənin nizamlanmasına hazır olduğuna dair siqnallar verir. Bununla bağlı Rusiya da daxil olmaqla həmsədrlərlə müvafiq iş də aparır”, - deyə analitik bildirib.
Eyni zamanda Falqenqauer deyib ki, Vyana və Sankt peterburq razılaşmalarının həyata keçirilməsi keçmişdə qalıb. Onun sözlərinə görə, istənilən halda yeni hakimiyyət bu məsələdə başqa yol tutaraq, Azərbaycanla başqa razılaşmalar əldə edib.

Görüşdən sonra rəsmi açıqlamalarda əksini tapan “xalqların sülhə hazırlanması” haqqında ifadələri dəyərləndirərək amerikalı analitik Pol Strunski də qeyd edib ki, bu, yeni fikirdir və son illərdə danışıqlar prosesində bu kimi ifadələrlə verilən bəyanat xatırlamır.
“Bu da tərəflər arasında nə isə bir şeyin dəyişdiyini qeyd etməyə əsas verir”, - deyə amerikalı analitik qeyd edib.
““Xalqların sülhə hazırlanması” ifadəsi altında Vyana və Sankt Peterburq razılaşmalarını düşünmək olarmı?” deyə verilən suala Stronski “Xeyr” cavabını verib və qeyd edib: “Mənim fikrimcə, bu razılaşmalar müzakirə edilməyib, çünki Düşənbədə bu razılaşmaları əvəz edən qərar qəbul edilib. Bu qərar hazırda cəbhədə və sərhəddə mövcud vəziyyəti nəzərə alaraq işləkdir”.
Alpər Mövludoğlu
Ordu.az