Ordu.az xəbər verir ki, bu barədə Qafqaz üzrə ixtisaslaşmış britaniyalı ekspert Tomas de Vaal özünün “Twitter” mikrobloqunda yazıb və bu dəyişikliyi müsbət qiymətləndirib.
“İndi işləmək, daha çox maraqlı tərəflər cəlb etmək, cəmiyyətdə mürəkkəb məsələlərin müzakirələrinə başlamaq zamanı gəlib”, - deyə De Vaal yazıb.
Yanvarın 16-da Parisdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri vəzifəsini müvəqqəti yerinə yetirən Zöhrab Mnatsakanyanın görüşündə sülh prosesi ilə bağlı məsələlər, o cümlədən xalqların sülhə hazırlanması, təhlükəsizlik və regional sabitliyin inkişafı ilə bağlı məsələlər geniş çərçivədə müzakirə edilib.
Alpər Mövludoğlu
Ordu.az