“Əgər məlum olsa ki, Qarabağın statusu məsələsi müzakirə olunur...” - Danielyan

2019/01/90-1547642175.jpg
Oxunub: 21246     16:58     16 Yanvar 2019    
“Əgər məlum olsa ki, Qarabağın statusu məsələsi müzakirə olunur, demək iqtidar seçkilərdən əvvəl seçiçiləri aldadıb”.

Ordu.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.

“Qarabağ məsələsində Nikol Paşinyanın mövqeyi bundan ibarət idi ki, Ermənistan Qarabağ adından danışıqlar aparmayacaq. Bir çox seçicilər bunu nəzərə alaraq öz seçimlərini ediblər”, - deyə o bildirib.

O qeyd edib ki, indi Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri danışıqları davam etdirərək Qarabağ məsələsini müzakirələri edirlər və nəyi müzakirə etdikləri anlaşılmazdır.

“Əgər məlum olsa ki, Qarabağın statusu məsələsi müzakirə olunur, demək iqtidar seçkilərdən əvvəl seçiciləri aldadıb. Əgər fəaliyyətdə olan hakimiyyət Qarabağ məsələsində öz mövqeyini dəyişərsə, o zaman növbədənkənar parlament seçkiləri keçirilməli və yeni tezislə seçkilərə gedilməlidir. Referendumla bu yükün altından çıxmaq alınmaz. Qarabağ məsələsi öz əhəmiyyətinə görə yerinə yetirilməyən Seçki qanunvericiliyi, Partiyalar haqqında qanun, Konstitutsiya dəyişiklikləri, AİƏT-dən çıxmaq, təqaüd sistemi və digər vədlərdən fərqlənir. Bu məsələdə vəziyyətin dəyişdiyini demək olmaz”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danielyan   Paşinyan  


Bizi "telegram"da izləyin