"Yazda Qarabağda müharibə başlaya bilər" - Postancyan

2019/01/Zara--1547557808.jpg
Oxunub: 16586     17:43     15 Yanvar 2019    
"2019-cu ilin yazında Qarabağ cəbhəsində hərbi əməliyyatların başlamasını gözləmək olar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri bu gün "Yerkir Tsirani" (Əriklər ölkəsi) partiyasının sədri Zaruhi Postancyan jurnalistlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu proses Serj Sarkisyanın rəhbərlik etdiyi orduda misilsiz korrupsiyanın, həmçinin Nikol Paşinyanın yürütdüyü yarıtmaz xarici siyasət nəticəsində baş verəcək.

"Hakimiyyət Qərblə ciddi danışıqlar aparmır, KTMT-dəki əsas müttəfiqləri ilə fikir ayrılığına malikdir, Rusiya ilə münasibətlərini korlayır, bunun nəticəsi olaraq təbii qazın qiyməti artır.

Qəribədir ki, bizim milli siyasət konsepsiyamız yoxdur. Daha da qəribəsi budur ki, seçkiqabağı təbliğat kompaniyası zamanı heç bir siyasətçi bu məsləyə toxunmadı. Bu barədə sonuncu dəfə 2007-ci ildə söhbət açılıb və o vaxtdan bəri çox şey dəyişib", - deyə Postancyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin