Erməni general Paşinyanı sınağa çəkir: Hakimiyyət kimə məxsusdur?

2019/01/50325-1547466430.jpg
Oxunub: 1181     15:33     14 Yanvar 2019    
Ötən gün Üçmüədzin şəhərinin sakinləri Manvel Qriqoryanın azad edilməsinə qarşı etiraz aksiyalarına yenidən başladı və hava limanına gedən yolu bağladılar. Aksiya iştirakçıları ilə polis rəisinin müavini və Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı görüşsə də, məsələ həll edilmədi.

“Hakimiyyət xalqındır, biz də xalq olaraq yolu bağlamağa qərar veririk”, - deyə Manvel Qriqoryanın həbs edilməsini tələb edən etirazçılar bildirib.

Çoxları vəziyyəti məxməri inqilabla formalaşdırılan hakimiyyət “öz qazdığı quyuya düşüb” şəklində qiymətləndirib. Məxməri inqilab prosesləri dövründə vətəndaş itaətsizliyi üsulu olaraq yolların bağlanması tətbiq edilir və nəticə verirdisə, hakimiyyətin xalqa məxsus olmadığı küçədə ifadə edilir və hakimiyyət küçədə bərqərar edilirdi. Məhz bu üsulla erməni milləti dövlət idarəetmə orqanlarında öz hakimiyyətini qura bilib.

Bu baxımdan Ermənistan hakimiyyəti dövlət idarəetmə orqanlarında hakimiyyətin xalqa məxsus olduğu bir məqamda artıq küçələrdə hakimiyyət qurmağa zərurət olmadığını bildirir. Yəni bizim mövcudluğumuz dövründə küçəyə çıxmaq olmaz!

Lakin müvafiq olaraq Üçmüədzin sakinlərinin hakimiyyətin xalqa məxsus olduğuna görə, yol kəsməklərində heç bir qeyri-adi hal yoxdur. Görəsən, bu gün Üçmüədzin sakinləri yolu bağlayarkən hakimiyyətin xalqa məxsus olmadığını buna görə də yol bağladıqlarını bəyan edəcəklər?...

Beləliklə, bu, itirilmiş hakimiyyətə nail olmaq və ya bərpa etmək yoludur. Ən pisi Ermənistanda çörəyin qiyməti qalxıb. Yaxşı yaşayışa malik olan şəxsdən tutmuş, çöldə yatan səfil belə çörək alır… Və onlar artıq malik olduqları hakimiyyətdən daha yaradıcı üsullar tətbiq etmələrini tələb edirlər. Yoxsa Qriqoryandan pul alıb buraxmağa nə var ki…

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   Paşinyan   Etiraz  

Erməni general Paşinyanı sınağa çəkir: Hakimiyyət kimə məxsusdur?

2019/01/50325-1547466430.jpg
Oxunub: 1182     15:33     14 Yanvar 2019    