Makfarleyn Qarabağ münaqişəsi barədə: "Bütün tərəflərdə ciddi sürprizlər gözlənilir"

2019/01/Neil--1546866270.jpg
Oxunub: 1424     17:23     07 Yanvar 2019    
"Ermənistan hakimiyyətinin 2019-cu ildəki əsas çağırışlarından biri Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistan gündəminin irəli çəkilməsidir... Ermənistan-Avropa İttifaqı razılaşması isə Ermənistanda islahatların aparılması alətlərindən biridir".

Ordu.az xəbər verir ki, bu barədə britaniyalı siyasi analitik Neyl Makfarleyn erməni mətbuatına verdiyi müsahibəsində bildirib.

Makfarleyn qeyd edib ki, daxili siyasi vəziyyətin qaynar olmasından Ermənistanın xarici siyasəti zərər görüb. Ona görə ki, daxili siyasi vəziyyətə başı qarışan Ermənistan xarici siyasətdə önəmli addımlar ata bilməyib, bəzi istiqamətlərdə hətta qeyri-müəyyənlik və problemlərlə üzləşib.

Onun fikrincə, 2019-cu il daxili həyatda sosial-məişət problemlərinə reaksiya verilməsi, xarici siyasət sahəsində isə yığılıb qalmış bir sıra məsələlərə münasibət bildirilməsi, həll edilməsi ili olacaq.

"Keçid dövrü yekunlaşmaqdadır. Uzun müddətdir narazılıqlarla qarşılaşan əhali nəticələri çox gözləyə bilməz. Elə buna görə inqilab baş verdi. Hakimiyyət dərk etməlidir ki, fəaliyyət göstərməyin zamanıdır, əks halda ölkədə mövcud əhval ruhiyyə xəyal qırıqlığına uğrayacaq. Eyni hal xarici siyasətə də aiddir. Göründüyü kimi, fəaliyyətdə olan hakimiyyət üçün əsas çağırış Dağlıq Qarabağ münaqişəsinin həll olunması ətrafında vəziyyət olacaq. Ona görə ki, bütün tərəflərdə ciddi sürprizlər gözlənilir. 2019-cu il ərzində nizamlanma prosesi ətrafında danışıqlar olacaq və hakimiyyətdən bu məsələdə ciddi mövqe sərgiləməsi gözlənilir.

Brüssel, Birləşmiş Ştatlar və Rusiya ilə münasibətləri yeni keyfiyyətdə xarici münasibətlərin formalaşdırılmasına xidmət edən bəyanatları nəzərə alaraq aydınlaşdırmağa ehtiyac var. Bütün bu münasibətlərdə, Ermənistanın bölgənin problemləri olan Yaxın Şərq, İran münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni-türk münasibətlərinin olmamasını nəzərə alaraq görüləcək işləri var. Ümid edək ki, 2019-cu ildə bir çox məsələlər daha aydın olacaq. Lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistan hakimiyyətinin doğru addımları, nizamlanma prosesində ermənipərəst gündəliyin irəli sürülməsi əsas çağırışlar olacaq".

O, Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə razılaşmanın həyata keçirilməsi istiqamətində daha fəal iştirak etməsinə ehtiyacı olduğunu da vurğulayıb.

"Bu ilk növbədə Ermənistana lazımdır. Bu mərhələdə Ermənistan hakimiyyəti buna xüsusi önəm verməlidir, çünki bu islahatların alətlərindən biridir və Ermənistan hakimiyyətinin bunu istifadə etməsinə ehtiyacı var", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Makfarleyn Qarabağ münaqişəsi barədə: "Bütün tərəflərdə ciddi sürprizlər gözlənilir"

2019/01/Neil--1546866270.jpg
Oxunub: 1425     17:23     07 Yanvar 2019    