Qobl ilin yekunları barədə danışdı: “Moskva Ermənistanı satacaq”

2019/01/15290-1546863225.jpg
Oxunub: 1622     16:32     07 Yanvar 2019    
“Ötən il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dəyişikliklər baş verməyib. Həmçinin 2019-cu ildə də əhəmiyyətli dəyişikliklər gözlənilmir. Lakin Rusiya hər iki münaqişə tərəfini bu məsələdə qərar qəbul edənin kim olduğunu xatırlatmaq üçün münaqişə zonasında yeni toqquşmalara sövq edəcək”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sabiq xüsusi məsləhətçisi, SSRİ xalqları məsələləri üzrə ekspert, Vaşinqton Beynəlxalq siyasət insitutunun professoru Pol Qobl “Araçin lratvakan” xəbər portalına verdiyi 2018-ci ilin yekunlarına həsr edilmiş müsahibəsində Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələrə münasibət bildirərkən danışıb.

Amerikalı ekspert hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev Moskva ilə mülayim şəkildə yaxınlaşmaya çalışır. Onun fikrincə, əgər Moskva bunun qarşısında Azərbaycanı qazanacağına əmin olarsa, tərəddüd etmədən Ermənistana xəyanət etməyə hazırdır.

- Cənab Qobl sizin fikrinizcə ötən bir il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hansı dəyişikliklər baş verib. 2018-ci ilin əvvəlində harada idik və ilin sonunda hara çatmışıq?

- Fundamental problemlər əsasən dəyişməz qalıb. Rusiya problemin yekun həllini istəmir. Ona görə ki, bu halda Rusiya İrəvan və Bakı üzərində təsir açarlarını itirə bilər. Birləşmiş Ştatlar istəyir ki, problem həll edilsin. Lakin problemin nizamlanmasını irəli aparmaq üçün bölgədə kifayət qədər resursları yoxdur. Azərbaycan və Ermənistanda isə elə hakimiyyət mövcuddur ki, bu mövzuda kəskin dəyişikliklərə qarşı olan ictimaiyyətin radikal mövqeyini əks etdirir. Eyni zamanda vəziyyəti dəyişə biləcək iki əsaslı dəyişiklik baş verib. Ermənistanda hakimiyyətin müstəqilliyindən bu yana Moskvadan daha az asılı olan yeni hökumət formalaşdırılıb. Azərbaycan isə Moskva ilə münasibətləri daha da dərinləşdirib. Yəqin ki, Paşinyanın Dağlıq Qarabağ məsələsində müstəqil fəaliyyət göstərməsi üçün kifayət qədər qüvvəsi yoxdur. O, ilk növbədə daxili problemlərə diqqət ayıracaq. Çox ehtimal ki o, Qarabağın təsir imkanına malik lobbisinə qarşı olacaq hər hansı addım atmaq istəməyəcək. Vəziyyətin 1-2 il sonra dəyişmək ehtimalı var. Bu vaxta qədər Bakıda Əliyev Moskva ilə mülayim yaxınlaşmağa çalışdığı məqamda Moskva Azərbaycanda öz təsirini kifayət qədər genişləndirə bilər. Əgər Moskva Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə məcbur edə bilərsə, Azərbaycanda təsirlərini genişləndirmək onun üçün daha rahat olacaq. Mən həmişə əmin olmuşam ki, əgər bunun qarşılığında Azərbaycanı qazanacağına əmin olarsa, Moskva ona xəyanət edərək Ermənistanı satacaq. Lakin burada böyük bir “amma” var. Məlum deyil ki, hətta bu Qarabağın qaytarılmasına yol açarsa belə, Əliyev Moskvaya hər şey verməyə hazırdırmı? Mən hesab edirəm ki, Qarabağda nəyin baş verəcəyinə ondan başqa heç kimin qərar verə bilməyəcəyini hər iki tərəfə xatırlatmaq üçün Moskva tərəfindən yeni toqquşmalara və zorakılıqlara sövq ediləcəyinə baxmayaraq, 2019-cu ildə münaqişənin nizamlanması istiqamətində ciddi dəyişikliklər baş verməyəcək.

- Ermənistanda məlum aprel-may dəyişikliklərindən sonra Ermənistan və Azərbaycanı öz xüsusiyyətlərinə uyğun kifayət qədər müxtəlif administrasiyalar idarə edir. Bu yeni vəziyyət münaqişəyə və sülh prosesinə böyük təsir göstərəcəkmi?

- Paşinyan ölkə daxilində öz hakimiyyətini möhkəmlətməyə məcburdur. Qarabağ məsələsində isə addım atılması daxili siyasət baxımından onun fəaliyyətini çox çətinləşdirəcək. Əliyev də öz növbəsində xalqı kəskin bir addım atmaqla sarsıtmaq istəmir. Bununla da o, Moskva ilə mülayim yaxınlaşma siyasətinə üstünlük verəcək. Lakin Türkiyə və Qərbi uzaqlaşdırmamaq üçün çox dərinə getməyəcək.

- Keçən il istər nizamlanma prosesində, istərsə də ümumi bölgədə maraqlı hadisələr baş verdi. Cənubi Qafqaza ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton səfər etdi. O, Ermənistanda parlament seçkilərində qələbə əldə etdikdən sonra Paşinyanın güclü mandat alacağını və Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qətiyyətli addımlar ata biləcəyi barədə məlum bəyanatını verdi. İlham Əliyev və Nikol Paşinyanın il ərzində 2 dəfə qeyri-rəsmi görüşləri baş tutdu. Bundan sonra Azərbaycan rəhbərliyi kifayət qədər qeyri-adi optimist bəyanatlar verməyə başladı. Bu bəyanatlarda qeyd edilirdi ki, münaqişənin nizamlanması üçün əlverişli vəziyyət yaranıb, Azərbaycan Xarici İşlər naziri öz ermənistanlı həmkarı ilə qarşılıqlı anlayışa nail olub və s. Bu kimi bəyanatlar müəyyən şübhələr yaratdı. İddialar irəli sürüldü ki, diplomatik danışıqlar çərçivəsində hər iki ölkənin rəhbərliyinin gizli saxladığı hər hansısa hadisələr baş verir. Necə düşünürsünüz, Amerika və Rusiya siyasətində bu məsələ ilə bağlı hər hansı ciddi dəyişikliklər baş verə bilərmi?

- Paşinyanın mandatı var, lakin Qarabağ münaqişəsini həll etmək mandatı yoxdur. Qarabağ məsələsində o, sələfinin siyasət xəttini davam etdirir. Əgər Qafqazda Qərb fəal təmsil olunsaydı, bu vəziyyəti dəyişə bilərdi. Lakin bu, Tramp administrasiyasının diplomatik cəlb olunmasını və onun bölgəyə qoşun daxil etməyəcəyi əminliyini nəzərə alaraq mümkün deyil. Rusiyanın isə daha əhəmiyyətli məsələləri var və Ermənistan indiki məqamda Moskva üçün ikinci dərəcəli məsələdir. Kreml Paşinyanı sevmir. Lakin Qərbə yönlənməsinə əsas verəcək addım da atmaq istəmir. Buna görə də, nəticə olaraq diplomatik prosesin yenidən dalana dirənəcəyini ehtimal etmək olar.

- Ekspertlərin fikrincə Tramp administrasiyası Qarabağ münaqişəsinin nizamlanmasına İranın təcrid edilməsinin dərinləşdirilməsinə bir vasitə kimi baxır. Rusiya isə həmişə olduğu kimi məsələdə fəaldır. Buna Belarus prezidenti Lukaşenkonun rusiyalı jurnalistlərlə görüşündə Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın proqramından bəzi məqamları açıqlamasını o cümlədən, Qarabağın 5 rayonunun Azərbaycana qaytarılması və KTMT qoşunlarının münaqişə zonasında yerləşdirilməsi ilə bağlı açıqlamasını da əlavə etmək olar. Bundan sonra vasitəçilər tərəfindən yeni diplomatik səylər gözləməyə dəyərmi?

- Əgər Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunarsa, bu, İranın təcrid edilməsində Birləşmiş Ştatlara daha geniş imkanlar verəcək. Ona görə ki, Qarabağ məsələsinin həll olunması Tehranın Qafqaz siyasəti məsələlərində öz təsir imkanlarını itirməsi demək olacaq. Lakin Moskva bunu dərk edir və bunun baş verməməsi üçün əlindən gələni edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pol-Qobl   Ermənistan   Rusiya   Azərbaycan   Qarabağ  

Qobl ilin yekunları barədə danışdı: “Moskva Ermənistanı satacaq”

2019/01/15290-1546863225.jpg
Oxunub: 1623     16:32     07 Yanvar 2019    