Ağdərədə erməni hərbi qulluqçu bıçaqlanıb

2019/01/cebhe-1546847007.jpg
Oxunub: 12365     11:41     07 Yanvar 2019    
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadla xəbər verir ki, başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib.

Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdərə   Erməni-hərbçi  


Bizi "telegram"da izləyin