Şahnazaryan qorxur: “Rəqib açıq şəkildə müharibəyə hazırlaşır”

2019/01/99648-1546503583.jpg
Oxunub: 9668     12:18     03 Yanvar 2019    
“Narahat edən hallar kifayət qədər çoxdur. Beynəlxalq formatlardan gələn siqnallar və ön xəttdə baş verən dəyişikliklər onu göstərir. Ən azı rəqibin açıq şəkildə müharibəyə hazırlaşdığını görürük. Çox fəal davam edən proseslər baş verir”.

Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Melik Şahnazaryan “Sputnik Armenia”nın efirində Qarabağ cəbhəsində hökm sürən vəziyyət və onun mümkün inkişaf yollarından danışarkən qeyd edib.

Onun sözlərinə görə, liftdə atəş edilməməsi və vəziyyətin kəskinləşməməsi barədə razılıq əldə edilsə də, bu razılaşmalar nəticəsində Azərbaycan ön xətdə işlər aparmağa fürsət əldə edib.

“Belə ki, atəşin kəsilməsi ilə onlar mühəndis işləri yolu ilə öz mövqelərini möhkəmlətmiş oldular”, - deyə Şahnazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin