Rusiyalı politoloq: "Tərəflərin razılığa gələcəyinə əmin deyiləm”

2018/12/Lukya-1545917841.jpg
Oxunub: 4086     17:36     27 Dekabr 2018    
“Növbəti il ərzində fəal danışıqlar aparılacaq, amma tərəflərin razılığa gələcəyinə əmin deyiləm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Fyodor Lukyanov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışarkən bildirib.

Rus politoloq, münaqişənin həlli istiqamətində son fikirləri yaxşı hal hesab edir. O, keçən ilin də səmərəsiz olmadığını, tərəflər arasında görüşlərin baş tutduğunu və yanvar ayında yenidən Xarici İşlər nazirlərinin görüşlərinin keçiriləcəyini qeyd edib.

Onun fikrincə, Azərbaycan qarşıdakı danışıqların gündəmini diktə etməklə gələcəkdə nizamlanma üzrə danışıqlar prosesi təşəbbüsünü öz üzərinə götürməyə çalışır.

"Bu bəyanatlardan məlum olur ki, münaqişənin nizamlanması üzrə Azərbaycan lehinə və əleyhinə olduğu prinsipial mövqelərində heç bir dəyişiklik etməyib. Ermənistan Baş nazirinin bəyanatlarından da məlum olur ki, erməni tərəfi də mövqelərində dəyişiklik etməyib. Lakin Qarabağın (qondarma qurum-red) tərəf kimi danışıqlar prosesində iştirak etməsini əvvəlki kimi iddia etməyə davam etməməsi qeyri-müəyyənlik yaradır", - deyə o qeyd edib.

Politoloq, eyni müsbət irəliləyişlər olacağına dair Rusiya tərəfinin də bir neçə bəyanat səsləndirdiyini qeyd edir.

"Tərəflərin hərbi ritorikasının dəyişməsinə nəyin səbəb olduğunu müəyyən etmək çətindir. Hələlik ciddi məsələlər ətrafında danışıqlar aparılmayıb", - deyə Lukyanov bildirib.

Rusiyanın məsələyə yanaşmasından danışarkən Lukyanov qeyd edib ki, ABŞ tərəfinin münaqişə zonasında fəallığını müşahidə edərək, Amerika tərəfinin zəruriliyini və imkanlarını azaltmaq üçün Rusiya özü münaqişənin nizamlanması prosesində irəliləyişə nail olmağa xidmət etməlidir.

"Rusiya ən təsirli vasitəçilərdən biri olub. Lakin Ermənistanda baş verən son dəyişikliklərdən sonra Amerika tərəfindən DQ münaqişəsini də əhatə edən Ermənistanla daha geniş münasibətlərin yaradılması və xarici siyasətin aparılması imkanlarının yaradılacağı barədə gözləntilər var", - deyə rusiyalı politoloq vurğulayıb.

O, Rusiyanın bu bölgədə öz siyasətini qorumalı olduğunu da əlavə edib: "2019-cu ildə fəal danışıqların aparılmasının alternativi yoxdur. Fəal danışıqlar olacaq, amma tərəflərin razılığa gələcəyinə əmin deyiləm. Yaxın gələcəkdə konsesus əldə ediləcəyinə də əmin deyiləm".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin