Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı Qani belə bir ciddi və məsuliyyətli vəzifəni üstləndiyi üçün Millerə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Öz növbəsində Miller dünyanın Əfqanıstanı terrorla mübarizədə yalnız qoymayacağını və buradakı qanunsuz silahlı qrupların bütün dünyaya təhdid meydana gətirdiklərini bildirib.
Qeyd edək ki, general Austin Skot Miller bundan sonra Əfqanıstandakı ABŞ qüvvələri və NATO-nun Qətiyyətli Dəstək Missiyasına rəhbərlik edəcək.
Ağalar Ağalarlı
Ordu.az