“İncirlik bazası Rusiyanınkı ola bilər” - Jirinovski

2018/09/34534_1535955136.jpg
Oxunub: 4222     14:10     03 Sentyabr 2018    
“NATO-nun hazırda Türkiyə və ABŞ qüvvələri tərəfindən idarə olunan “İncirlik” aviabazası Rusiyanın bazası ola bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Liberal Demokratiya Partiyasının sədri Vladimir Jirinovski səsləndirib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqının növbəsində gözləməkdənsə, Rusiya ilə birlikdə olmağa daha çox üstünlük verdiyini iddia edib.

“Türkiyə hazırdır, necə sizinlə danışıram, Ərdoğanla da o formada danışdım. O, Rusiya ilə olmaq istəyir, Avropa İttifaqına daxil olma növbəsini gözləyə bilmir”, - deyə Jirinovski bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin