“İdlibdə hərbi həll fəlakətlə nəticələnə bilər” – Çavuşoğlu

2018/08/4187468465416546_1535112528.jpg
Oxunub: 3200     20:02     24 Avqust 2018    
Türkiyə Xarici İşlər naziri rəsmi səfərdə olduğu Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdükdən sonra təşkil olunan birgə mətbuat konfransında İdliblə bağlı açıqlama verib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu İdlibdəki vəziyyətin hərbi yolla həllinin fəlakətlə nəticələnə biləcəyini diqqətə çatdırıb.

3 milyondan çox mülki şəxsin yaşadığı İdlibdə onların terrorçulardan fərqləndirilməsinin zəruriliyini dilə gətirən nazir Türkiyə üçün bütün terror təşkilatlarının eyni mövqedə yer aldığını vurğulayıb.

“Bizim üçün terror təşkilatlarının hamısı eynidir. Hamısı ilə də mübarizə aparmaq lazımdır. Digər tərəfdən burada hərbi bir həll fəlakət ola bilər, bu sadəcə İdlib bölgəsi üçün deyil, Suriyanın gələcəyi üçün də keçərlidir”, - deyə Çavuşoğlu ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   İdlib  


Bizi "telegram"da izləyin