Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, terrorçular Latakiyanın şimalında yerləşən ASO-nun nəzarətindəki Eyn Bidəh məntəqəsinə hücum ediblər.
Məlumata əsasən, baş verən qarşıdurmalarda 23 terrorçu məhv edilib. Eyni zamanda Azad Suriya Ordusunun 10-a qədər üzvü həlak olub.
Qeyd edək ki, hücumlara baxmayaraq ASO şəhərə nəzarəti əlində saxlamağa nail olub.
Dəyanət Ağalarlı
Ordu.az