Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin Ermənistanda dislokasiya olunan 102-ci hərbi bazasının maddi texniki təminat bölmələri, hərbi polis bölməsi ilə birgə hərbi texnika kolonunun yürüşünün təşkili üzrə xüsusi taktiki təlimlər keçiriblər.
Maddi texniki təminat bölmələri kolonun yürüşü marşrutu boyunca 2 yanacaq doldurma məntəqəsi yaradıb, sıradan çıxan şərti texnikanın səyyar təmir vasitələrinin köməyi ilə təmir bərpası işlərini həyata keçiriblər.
Hərbi polis bölmələri yol hərəkəti təhlükəsizliyini təmin ediblər. Taktiki təlimlərə ümumilikdə 500-dək hərbi qulluqçu və 200-dən artıq hərbi texnika cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az