Müdafiə naziri Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb - FOTOLAR
Oxunub: 1757
20:03
16 Avqust 2018
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olaraq əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri inşaatın gedişatı ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.