Hindistanın ilk pilotlu kosmik missiyasının başlama vaxtı açıqlanıb

2018/08/india-to-launch-first-manned-space-mission-by-2022_1534313721.jpg
Oxunub: 4102     14:16     15 Avqust 2018    
Hindistan Baş naziri Narendra Modi ölkənin bir müddətdir üzərində işlədiyi pilotlu kosmik missiyanın başladılma vaxtını açıqlayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, o, bu missiyanın 2022-ci ildə kosmosa göndəriləcəyini bəyan edib.

Hindistanın müstəqillik günü ilə əlaqədar qatıldığı mərasimdə hökumətin gələcək planları ilə bağlı açıqlama verən Modi missiyaya hazırlıq işlərinin tam sürətlə görüldüyünü bildirib.

Qeyd edək ki, Hindistan bu mənada dördüncü ölkə olacaq. Belə ki, bu vaxta qədər ABŞ, Rusiya və Çin kosmosa insanların iştirak etdiyi kosmik missiya göndərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Kosmik-Missiya  


Bizi "telegram"da izləyin