Pentaqon: Diplomatik problemlər Türkiyə ilə hərbi əlaqələrə təsir göstərmir

2018/08/fft99_mf7807352_1534313213.jpeg
Oxunub: 2218     14:05     15 Avqust 2018    
“Türkiyə və ABŞ arasında son dövrlərdə mövcud olan diplomatik problemlər hərbi əlaqələrimizə təsir göstərmir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ rəhbərliyində İŞİD-ə qarşı vuruşan koalisiyanın komandanlarından olan Feliks Qedney bəyan edib.

Pentaqonda baş tutan mətbuat konfransına telekonfrans vasitəsilə qoşulan Qedneyə siyasi sahədə yüksələn gərginliyin iki ölkə arasındakı hərbi əlaqələrə nə kimi təsir göstərməsinə dair suallar verilib.

Bu problemlərin hərbi sahəyə sıçramadığını bildirən komandan “İncirlik” bazasının istifadəsi məsələsində hansısa dəyişikliyin müşahidə edilmədiyini vurğulayıb.

O, Türkiyənin hərbi koalisiyaya dəstək verən ölkə, dəyərli NATO və eyni zamanda regional müttəfiq olduğunu dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin