Ötən gün daha 100 "Taliban" üzvü zərərsizləşdirilib

2018/08/Снимок_1534311957.png
Oxunub: 4205     13:44     15 Avqust 2018    
Əfqanıstan ordusu Qəzni vilayətində nəzarət altında saxladığı əraziləri genişləndirməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ötən gün vilayətin eyni adlı mərkəzi olan Qəzni şəhərinə nəzarəti tam olaraq ələ aldıqdan sonra ordu ətraf ərazilərə doğru əməliyyatlara başlayıb.

Məlumata əsasən, baş verən qarşıdurmalar zamanı daha 100-ə qədər “Taliban” qiyamçısı zərərsizləşdirilib.

Eyni zamanda ordu Qəzni-Qəndəhar magistral yolu boyunca uzanan Qarabağ zonasının əhəmiyyətli hissəsini nəzarət altına alıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Qəzni  


Bizi "telegram"da izləyin