Türkiyədə həbs olunan yunan hərbçilər azadlığa buraxılıb

2018/08/thumbs_b_c_a89dd5c0a993ae4e4e73604d8e0b1834_1534311483.jpg
Oxunub: 4452     13:35     15 Avqust 2018    
2 mart tarixindən etibarən Ədirnə vilayətində həbsdə saxlanılan yunan hərbçilərlə bağlı yekun qərar oxunub.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Ədliyyə Nazirliyi yayıb.

Bildirilib ki, mart ayının 2-də sərhədi qeyri-qanuni şəkildə keçdikləri əsas göstərilərək həbs edilən yunan hərbçilər leytenant Aqqelos Mitretodis və serjant Dimitro Kuklatzis azadlığa buraxılıb.

Məlumata əsasən hərbçilərin ölkəyə daxil olaraq Türkiyədən Yunanıstana kəşfiyyat məlumatı sızdırmağı planlaşdırdıqları ehtimal edilirdi.

Lakin ötən gün Ədirnə bölgə məhkəməsi saxlanılan hərbçilərin azadlığa buraxılmaları ilə bağlı yekun hökm çıxarıb. Azadlığa buraxılan hərbçilər ölkələrinə göndəriliblər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin