ABŞ Açıq Səma müqaviləsinin dondurulması iddiasını təkzib edib

2018/08/1200668_1534310930.jpg
Oxunub: 3457     13:26     15 Avqust 2018    
ABŞ Dövlət Departamenti ölkənin yeni Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu ilə Açıq Səma müqaviləsinin dondurulduğuna dair iddiaları rədd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurum ABŞ-ın bundan sonra da sözügedən müqavilənin icrasına davam edəcəyini bəyan edib.

“ABŞ Açıq Səma müqaviləsindəki iştirakını dayandırmaq niyyətində deyil. Əksinə Birləşmiş Ştatlar bu müqavilə qarşısındakı öhdəliklərini qəbul edir. Həmin müqavilə əsasında yeni modernizasiya planlarımız açıq şəkildə elan edilir”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, 1992-ci ildə imzalanan Açıq Səma müqaviləsinə əsasən ona qoşulan tərəflər bir-birinin hərbi fəaliyyəti və quruculuğuna dair sərbəst məlumat toplamaq hüququna malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Açıq-Səma  


Bizi "telegram"da izləyin