Pentaqon Münbicdəki reydlərin başlama vaxtı ilə bağlı açıqlama verib

2018/08/thumbs_b_c_130383ffd460d53650928c2049a044ac_1534309754.jpg
Oxunub: 3006     13:08     15 Avqust 2018    
“Zəruri təlimlər başa çatdıqdan sonra Münbic daxilində Türkiyə və ABŞ-ın ortaq patrul reydləri başlayacaq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri İŞİD-ə qarşı koalisiya qüvvələrinin komandanlarından olan Feliks Qedney səsləndirib.

Pentaqonda baş tutan mətbuat konfransına telekonfrans yolu ilə qoşulan Qedney Münbicdəki hazırkı vəziyyətə dair açıqlamalar verib.

Münbicdəki prosesin planlaşdırıldığı üzrə davam etdiyini söyləyən komandan Türkiyə qüvvələri ilə Münbic sərhədində aparılan sərbəst koordinasiyalı patrul reydlərinin davam etdiyini və bu reydlərin olduqca uğurlu olduğunu qeyd edib.

Qedney, bu reydlər üçün yaxın zamanlarda təlimlərə başlanacağını və bu təlimlərin başa çatmasından sonra reydlərin keçiriləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   Münbic  


Bizi "telegram"da izləyin