Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2 mindən çox hərbi qulluqçu, 400 hərbi texnika təlimlərdə iştirak edib.
Ka-52 “Alligator” hücum helikopteri, Rusiya donanmasının nəhəng “Nikolay Fliçenkov” desant gəmisi öz qabiliyyətlərini göstəriblər. Ka-52 yeni nəsil kəşfiyyat və döyüş helikopteridir. O, düşmənin canlı qüvvəsi, tankları, zirehli və zirehsiz quru vasitələrini, həmçinin helikopterlərini məhv edə bilir.
Fotolarda hərbçilərin “İqla” daşınabilən yer-hava raketi tutduğu görünür. Bu raket hava təhdidlərinə qarşı olduqca effektivdir.
Təlimlər zamanı Rusiya əsgərləri taktiki, xüsusi və texniki bacarıqlarını, müasir hərbi texnika ilə iş qabiliyyətini, atış və nəzarət imkanlarını təcrübədən keçiriblər.
1-ci foto: Rusiya donanmasının “Nikolay Filçenko” desant gəmisi
2-ci foto: Rusiya donanmasının “Nikolay” gəmisindən texnikanın quruya çıxarılması
3-cü foto: Taktiki hərbi təlimdə iştirak edən hərbi texnika
4-cü foto: Birgə taktiki hərbi təlimlərdə iştirak edən hərbçilər
5-ci foto: Ka-52 “Alligator” hücum helikopteri
6-cı foto: Birgə taktiki hərbi təlimdə iştirak edən hərbçi
7-ci foto: Ka-52 “Alligator” hücum helikopteri taktiki hərbi təlimdə iştirak edir
8-ci foto: Birgə taktiki hərbi təlimdə istifadə edilən sahə hospitalı
9-cu foto: Taktiki hərbi təlimdə iştirak edən hərbçi
10-cu foto: Taktiki hərbi təlimdə iştirak edən hərbçilər
Ağalar Ağalarlı
Ordu.az