Hindistan donanması 6 yeni gəmi alacaq

2018/08/received_2050264868339828_1534269566.jpeg
Oxunub: 2954     02:00     15 Avqust 2018    
Hindistan Müdafiə Nazirliyi silahlı qüvvələrin donanması üçün yeni nəsil sahil patrul gəmilərinin alınmasını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar Hindistan MN-nin Müdafiə Satınalma Şurasının bu gün baş tutan iclasında qəbul edilib.

Hindistan Müdafiə naziri Nirmala Sitharamanın başçılıq etdiyi iclasda ölkə daxilində dizaynlaşdırılaraq istehsal ediləcək yeni nəsil sahil patrul gəmilərinin tədarükünə dair təklif bəyənilib.

Təqribən 700 milyon dolların xərclənəcəyi gəmilər Hindistan donanmasının müdafiə, tədqiqat, axtarış, nəzarət missiyalarını, həmçinin, humanitar yardım tapşırıqlarının həyata keçirilməsini asanalaşdıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Donanma   Gəmi  


Bizi "telegram"da izləyin