Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 302 milyon dollarlıq müqavilə çərçivəsində kompaniya 12-ci istehsal dəsti ilə əldə edilmiş F-35-lərə köməkçi missiya ləvazimatları təmin edəcək.
Müqavilə üzrə işlərin ABŞ-ın Texas ştatındakı “Fort Worth” bölgəsində həyata keçirilməsi və 2021-ci ilin yanvarına qədər başa çatdırılması planlaşdırılır.
Ayrılan vəsaitin 109,7 milyon dolları ABŞ HHQ, 50,1 milyon dolları Dəniz Korpusu, 9 milyon dolları donanma, 102,3 milyon dolları Pentaqonun istifadəsində olmayan təyyarələr, 30,8 milyon dolları isə xarici hərbi satış üçün nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az