“Northrop” AGP-83 radarını sınaqdan keçirib

2018/08/received_452677338474989_1534263893.jpeg
Oxunub: 4016     00:12     15 Avqust 2018    
“Northrop Grumman” F/A-18C “Hornet” təyyarəsi ilə APG-83 radarının uğurlu sınağını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın birləşdirilmiş avionik sistemlər üzrə vitse-prezidenti Qreq Simer bildirib.

Onun sözlərinə görə, sınaq uğurlu baş tutub və radarın “Hornetin” enerji, soyutma və avionik sistemlərinə tam uyğunluğunu ortaya qoyulub.

Qeyd edək ki, APG-83 qabaqcıl atış nəzarət radarıdır. Onun beşinci nəsil qırıcı təyyarələrə görə müxtəlif növləri var. Məsələn F-22 üçün APG-77, F-35 üçün isə APG-81 radarı mövcuddur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumman   APG-83  


Bizi "telegram"da izləyin