İstiqamətləndirilmiş enerji silahları bazarı: 2018-2023

2018/08/DE_Gallery_5_USArmy_1534254670.jpg
Oxunub: 3572     21:49     14 Avqust 2018    
İstiqamətləndirilmiş enerji silahları bazarına nəzər yetirdikdə son illərdə ABŞ-la rəqabətdə Avropanın mövqeyinin Çinə doğru dəyişdiyini müşahidə edirik.

Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today”in bazar araşdırması ilə bağlı yayımladığı hesabatda qeyd olunub.

Bildirilib ki, bazarın son 10 illik inkişaf tendensiyasına nəzər salsaq görərik ki, lazer silahlara olan tələbatda orta hesabla illik 3-6 faiz arası artım dinamikası nəzərə çarpır.

Son illərdə bu dinamikanın yüksələn templə davam etməsi hazırda 12,3 milyard dollar həcmə sahib bazarın 2023-cü ilə qədər 16-17 milyard dollar olacağını deməyə imkan verir.

Qeyd edək ki, hazırda ABŞ-ın önəmli rola sahib olduğu istiqamətləndirilmiş lazer silahları bazarında əsas istehsalçılar “Lockheed”, “Northrop” və L-3 korporasiyalarıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstiqamətləndirilmiş-Enerji-Silahları   Bazar-Araşdırması  


Bizi "telegram"da izləyin