Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti verib.
Bildirilib ki, müqaviləyə əsasən “Lockheed” ABŞ donanmasındakı gəmilərin Mk-48 torpedo raketləri ilə təchizatını gücləndirəcək.
Belə ki, 59,1 milyon dollarlıq layihə çərçivəsində şirkət 533 mm uzunluqda və 300 kiloqram ağırlığındakı Mk-48 raketlərindən 80 ədəd istehsal edərək ABŞ ordusunun xidmətinə verəcək.
Qeyd edək ki, layihə üzrə işlər 2021-ci ilin mart ayına kimi yekunlaşdırılacaq.
Dəyanət Ağalarlı
Ordu.az