Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazirlər bu barədə görüşdən sonra təşkil etdikləri birgə mətbuat konfransında danışıblar.
İdlibin münaqişəsiz zona olduğunu xatırladan Lavrov bunun hər kəsə məlum olan şərtlər üzərində formalaşdırıldığını və bu şərtlərdən birinin də atəşkəsin terrorçuları əhatə etməməsi olduğunu qeyd edib. O, BMT hesabatına görə, İdlibdə minlərlə qanunsuz silahlının fəaliyyət göstərdiyini də vurğulayıb.
Məsələyə münasibət bildirən Çavuşoğlu isə öz növbəsində İdlibdə edilməli olan şeyin aşkarlığını dilə gətirib.
“Bizim İdlibdə 12 ədəd müşahidə postumuz var. Bu postların vəzifəsi atəşkəsi pozanların təsbit edilməsi və zəruri tədbirlərin görülməsidir. İdlibdə 3 milyondan çox mülki şəxsin yaşadığı deyilir, amma bəzi terrorçu qruplar da var. Onlar İdlib daxilindəki müxalif qüvvələrə və mülkilərə təhdiddir”, - deyə Çavuşoğlu bildirib.
Çavuşoğlunun sözlərinə görə, bu terrorçuların aşkarlanması və zərərsizləşdirilməsi vacib məsələdir, lakin terrorçular var deyə xəstəxanaları və məktəbləri bombalamaq da fəlakət ola bilər.
Ağalar Ağalarlı
Ordu.az