Livan 8 ədəd “Bradley” döyüş maşını əldə edib

2018/08/Снимок_1534250147.png
Oxunub: 3571     20:37     14 Avqust 2018    
ABŞ və Livan “Bradley” döyüş vasitələrinin satışı ilə bağlı layihənin yekun mərhələsini həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Livan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Livan ABŞ-dan 25 milyon dollar qarşılığında 8 ədəd M2A2 “Bradley” döyüş maşını əldə edib.

Qeyd edək ki, bu ana qədər ABŞ Livana 100 milyon dollar qarşılığında 32 ədəd sözügedən döyüş texnikasının satışını həyata keçirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Livan   Bradley  


Bizi "telegram"da izləyin