ABŞ donanması sualtı minalara qarşı yeni sistemi sınaqdan keçirib

2018/08/1534185427332_1534249062.jpg
Oxunub: 2562     20:17     14 Avqust 2018    
ABŞ donanması artıq düşmənin oekan dibindəki dəniz minalarına hücum etmək üçün sonar və video ilə idarəolunan sualtı döyüş başlıqlarından istifadə edə biləcək.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ donanmasının Dəniz Sistemləri Komandanlığının mətbuat katibi Alan Baribo bildirib.

Onun sözlərinə görə, Havadan Mina Zərərsizləşdirmə Sistemi adlanan yeni texnologiya sualtı gəmilər və səth gəmilərinin müdafiəsini gücləndirməklə yanaşı, dənizdə döyüş əməliyyatları üçün yeni imkanlar təmin edəcək.

Yeni texnologiya hazırda donanma tərəfindən həyata keçirilən sınaqlar və döyüş üslublu ssenarilərlə dəyərləndirilir. Onun ilkin olaraq sahil döyüş gəmilərində, daha sonra isə səth gəmilərində istifadəsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ Milli Tədqiqat Şurası və Dəniz Araşdırmalar İdarəsinin 2001-ci ildə hazırladığı birgə strategiyada dəniz minalarına qarşı müdafiənin gücləndirilməsi müasir dövrün əsas tapşırıqlarından biri kimi göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-donanması   Sualtı-Mina  


Bizi "telegram"da izləyin