Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.
O qeyd edib ki, 11 martdan bu yana davam edən Qərarlılıq əməliyyatlarında İraqın Şimalında 278 terrorçu məhv edilib.
“Motivasiyamız o qədər yüksəkdir ki, ölkə daxilində son bir həftədə 47, 26 iyundan bu yana 214 terrorçunu məhv etmişik. 11 martdan etibarən start götürən Qərarlılıq əməliyyatları çərçivəsində İraqın şimalında 278 terrorçunu zərərsizləşdirmişik. Hazırda Türkiyə daxilində 790-a qədər terrorçu mövcuddur. Kimin hansı qrup daxilində və harada olduğunu bilirik. Bu rəqəm son illərin ən aşağı göstəricisidir. Bu il ərzində terrorçulara sadəcə 61 nəfər qoşulub, 91 nəfər isə könüllü şəkildə təslim olub”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az