Türkiyə süni zəka və robot sənayesində yeni layihələr hazırlayır

2018/08/image_1534249584.jpg
Oxunub: 2888     20:05     14 Avqust 2018    
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin Sənayedə Araşdırma və Təkmilləşdirmə Sahə Çağırışında (SAGA) süni zəka və robot texnologiyaların təkmilləşdirilməsi sahələrinə böyük diqqət ayrılıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sözügedən sahə üzrə ümumilikdə 117 layihə və 14 ideya təklifi edilib.

Nazirliyin yaydığı məlumata görə, sadəcə süni zəka texnologiyalarının təkmilləşdirilməsi sahəsində 66 layihə və 6 ideya təklifi irəli sürülüb. Robot texnologiyaları üçün isə 51 layihə və 8 ideya təklifi təqdim olunub.

Bundan sonrakı mərhələdə isə sözügedən təklif və layihələrin dəyərləndirilməsi və bəyənilən layihələrin maliyyələşdirilməsi üzrə tədbirlərin görülməsi nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Süni-Zəka   Robot  


Bizi "telegram"da izləyin