Rusiya Qara dənizdə hərbi təlimlər keçirir

2018/08/Снимок_1534248124.png
Oxunub: 2192     19:59     14 Avqust 2018    
Rusiya donanmasının Qara dəniz filotiliyası hərbi təlimlərə start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı filotiliyanın mətbuat xidməti yayıb.

Bildirilib ki, bu gün Qara dənizdə Rusiyaya məxsus çox sayda döyüş gəmisinin və canlı qüvvənin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə start verilib.

Məlumata əsasən donanma təlimlərində 10-dan çox gəmi, 22 helikopter, 13 ədəd qırıcı təyyarə və 700-ə qədər hərbçi iştirak edir.

Qeyd edək ki, təlimlərin 3 gün davam etməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qara-Dəniz   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin