ABŞ Koreyadakı hərbi qüvvələrinin sayını azaldacaq

2018/08/Снимок_1534247329.png
Oxunub: 3634     19:47     14 Avqust 2018    
ABŞ növbəti il ərzində Cənubi Koreyadakı hərbi qüvvələrinin sayını 25 faizə qədər azaldacaq.

Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 2019-cu maliyyə ili üçün nəzərdə tutulan hərbi xərclər üzrə büdcə layihəsində qərarlaşdırılıb.

Belə ki, Pentaqonun növbəti il üçün hazırladığı hərbi xərclər layihəsində ABŞ-ın Cənubi Koreyada saxlanılan hərbi qüvvələrinin 22 minə qədər azaldılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Koreyada 28 min 500 nəfər ABŞ hərbi qulluqçusu xidmət göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin