“Elbit Systems” Avropa ölkəsinə elektron müharibə sistemləri satacaq

2018/08/istk_638221730_16x9_1534246584.jpg
Oxunub: 4130     19:35     14 Avqust 2018    
“Elbit Systems” və adı qeyd olunmayan Avropa dövləti arasında 17 milyon dollar dəyərində elektron müharibə sistemlərinin istehsalı ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə isatinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti yayıb.

Bildirilib ki, şirkət NATO-nun Avropada yerləşən üzvlərindən biri üçün yeni nəsil siqnal kəşfiyyat sistemlərinin istehsalını həyata keçirəcək.

Rəsmi məlumata əsasən ümumi dəyəri 17 milyon dollar olan layihə növbəti 2 il ərzində həyata keçiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elbit-Systems   Elektron-Müharibə-Sistemləri  


Bizi "telegram"da izləyin