Qlobal hərbi nanotexnologiyalar bazarı: 2018-2028

2018/08/456_1534252807.jpg
Oxunub: 2029     19:26     14 Avqust 2018    
Qlobal hərbi nanotexnologiyalar bazarı hərbi sənayenin ən dar təmərküzləşmiş sahələrindən biridir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu deməyə əsas verən başlıca səbəb bazarın 60 faizə qədərinin ABŞ-da cəmləşməsidir.

Belə ki, ümumi həcmi 8,8 milyard dollar olan hərbi nanotexnologiyalar bazarının 5,3 milyard dollara qədəri ABŞ daxilində formalaşır.

Sektorun ən önə çıxan nümayəndələri “ExxonMobile”, “Hummingbird” və “Lockheed Martin” şirkətləridir.

Son 10 il ərzində 3,6-5,5 faiz orta illik artım dinamikasına sahib bazarın ümumi həcminin 2028-ci ildə 13 milyard dolları keçəcəyi ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nanotexnologiya   Bazar-Araşdırması  


Bizi "telegram"da izləyin