ABŞ 480 milyon dollarlıq hipersəs raketləri sifariş edib

2018/08/5b727d3cdda4c8e9188b4606_1534244909.jpg
Oxunub: 4129     19:00     14 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri ilə “Lockheed Martin” şirkəti arasında hipersəs raketlərinin istehsalı ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Qeyd olunub ki, şirkət müqavilə çərçivəsində ABŞ Hərbi Hava Qüvvələri üçün ARRW havadan buraxılan hipersəs raketlərinin istehsalını həyata keçirəcək.

Məlumata əsasən ümumi dəyəri 480 milyon dollar olan layihə üzrə işlər 2019-2022-ci illəri əhatə edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hipersəs-Raketi   ARRW   Lockheed-Martin    


Bizi "telegram"da izləyin