Çin ABŞ və Yaponiya raketlərinə qarşı döyüşə hazırlaşır

2018/08/chinese-navy_1534243609.jpg
Oxunub: 2090     18:45     14 Avqust 2018    
Çin Xalq Azadlıq Ordusunun gəmiləri Şərqi Çin dənizində təlimlər keçirərək Yaponiya, ABŞ və digər potensial rəqiblərdən gələ biləcək raket təhdidlərinə qarşı bacarıqlarını təcrübədən keçiriblər.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, təlimdə müxtəlif komandanlıqlardan olan 10-dan çox gəmi iştirak edib.

Onlar hava hücumundan müdafiə və raket əleyhinə atəş təlimləri həyata keçiriblər. Çinli hərbi ekspert Sonq Zonqpinqin sözlərinə görə, gəmi əleyhinə raketlər təhdidlərin böyüməsindən dolayı təcili tapşırıq halını alıb.

O bildirib ki, Çin donanması xüsusilə ABŞ, Yaponiya və Çin yaxınlığında hərbi fəaliyyətlər göstərən digər ölkələrdən gələ biləcək potensial təhdidə qarşı hazırlığını gücləndirməyə çalışır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin