Əfqanıstan BQ: Qəzni şəhəri tam olaraq ordu nəzarətindədir

2018/08/Снимок_1534243072.png
Oxunub: 2498     18:37     14 Avqust 2018    
Əfqanıstan Baş Qərargah rəisi general Məhəmməd Şərif Yəftəli ordunun Qəzni vilayətinin eyni adlı mərkəzi şəhərinə nəzarəti tam olaraq ələ aldığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general əməliyyatların artıq şəhər ətrafında davam etdirildiyini və bütün vilayətə yayıldığını qeyd edib.

Onu sözlərinə görə Qəzni uğrunda gedən döyüşlər zamanı qiyamçıların 220-dən çox üzvü məhv edilib, azı 200-ü də yaralanıb.

Məhəmməd Şərif bildirib ki, artıq şəhərdə döyüşlərin səbəb olduğu zərərlərin aradan qaldırılması ilə bağlı işlərə başlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Qəzni  


Bizi "telegram"da izləyin