Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı qiyamçılara yaxın mənbə yayıb.
Bildirilib ki, qiyamçılar bu gün Yəməndə koalisiya qüvvələrinin həyata keçirdiyi hücumlara cavab olaraq Səudiyyə Ərəbistanının Əsir və Cizən bölgələrinə əks-həmlələr həyata keçiriblər.
Məlumata əsasən, həmlələr zamanı Səudiyyə Ərəbistanının hər iki bölgədə yerləşən hərbi bazalarına 6 raket zərbəsi endirilib.
Əsirə endirilən zərbələrdən birinin hədəfə çatması nəticəsində azı 2 Səudiyyə hərbçisi həlak olub, yaralananlar var.
Qeyd edək ki, hələlik Səudiyyə Ərəbistanından məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az