SQQ Həma və İdlibdə 40-a qədər HTŞ üzvü zərərsizləşdirilib

2018/08/13961211000490_Test_PhotoI_1534236222.jpg
Oxunub: 3640     17:01     14 Avqust 2018    
Suriya Quru Qoşunları Həma və İdlibdə “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının mövqelərinə intensiv artilleriya zərbələri endirib.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı hökumət mənbələri yayıb.

Bildirilib ki, ordu Həmanın şimal və şimal-qərbində 7, İdlibin cənubunda isə 2 fərqli şəhərdə yerləşən mövqelərinə aramsız artilleriya atəşi endirib.

Rəsmi məlumata əsasən hücumlar zamanı azı 40 terrorçu məhv edilib. Ordu bu gün sözügedən yaşayış məntəqələrinin azad edilməsini planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Həma   İdlib  


Bizi "telegram"da izləyin