Yəməndə koalisiyanın hücumu çox sayda sivilin ölümünə səbəb olub

2018/08/4565_1534235728.jpg
Oxunub: 3392     16:47     14 Avqust 2018    
Yəmənin Səda vilayətində Ərəb koalisiyası ilə husi qiyamçılar arasında baş verən qarşıdurmalar zamanı koalisiya qüvvələrinin endirdiyi raket zərbəsi mülki əhalinin yaşadığı əraziyə düşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri bu gün Yəmənin Səda vilayətinin Rəzih şəhərində yerləşən mövqelərinə raket zərbələri endirib.

Məlumata əsasən, raket zərbələrindən biri ehtiyatsızlıqdan mülki əhalinin yaşadığı əraziyə düşüb. Hadisə nəticəsində azı on mülki vətəndaş həlak olub.

Qeyd edək ki, koalisiyadan hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin