Mosulda 8 İŞİD terrorçusu zərərsizləşdirilib

2018/08/1-17_1534235588.jpg
Oxunub: 3176     16:32     14 Avqust 2018    
İraqın Mosul vilayətində da İŞİD terror təşkilatının sığınacağına qarşı əməliyyat keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Neynəvə polis idarəsinin rəsmisi kapitan Əmir Vathiq bildirib.

Onun sözlərinə görə, əməliyyatdan öncə əldə edilən kəşfiyyat məlumatına əssən Əl-Hədhar qəsəbəsində 8 terrorçunun olduğu aydınlaşdırılıb.

Bundan sonra dərhal terrorçulara qarşı başladılan əməliyyat nəticəsində onların biri məhv edilib, digər yeddisi isə sağ şəkildə ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Mosul  


Bizi "telegram"da izləyin