Rusiya səfirliyi: Britaniya Suriyaya kömək etməyə hazır deyil

2018/08/76868_1534235481.jpg
Oxunub: 3082     16:30     14 Avqust 2018    
“Britaniya hökuməti beynəlxalq cəmiyyətin Suriyaya humanitar yardım təmin etmə səylərinə qoşulmağa hazır deyil”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu bardə Rusiyanın Londondakı səfirliyinin bəyanatında qeyd olunub.

“Bizim Britaniya hökuməti ilə kontaktlarımız açıq şəkildə göstərir ki, Birləşmiş Krallıq təəssüf ki, Suriyaya yardımla bağlı öz mövqeyini dəyişməyə və beynəlxalq səylərə qoşulmağa hazır deyil”, - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, hazırda Londondan bu istiqamətdə hansısa bir fəaliyyət, hərəkətlilik müşahidə edilmir.

“Eyni zamanda Suriya hökumət Hələb, Dəməşq və Həma vilayətlərinin infrastrukturunun yenidənqurulmasına başlayıb. Rusiya da bu bölgələrə humanitar yardımlarını çatdırır. Bu vaxta qədər 3 min tondan artıq yardım paketi paylanılıb. Şərqi Quta ilə bağlı Rusiya və Fransanın birgə təşəbbüs planı isə iyulda uğurla tətbiq edildi”, - deyə bəyanatda göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Britaniya   Humanitar-yardım  


Bizi "telegram"da izləyin