NATO rəsmisi: “Türkiyə-ABŞ böhranı hərbi əlaqələri risq altında qoyur”

2018/08/wire-3945496-1534209750-116_634x365_1534234859.jpg
Oxunub: 3138     16:19     14 Avqust 2018    
“ABŞ və Türkiyə arasında yaşanan siyasi böhran tərəflərin hərbi əməkdaşlıqlarını da sual altına atacaq”.

Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Yaxın Şərq üzrə Mərkəzinin dirtektoru Coşua Lendis bildirib.

O qeyd edib ki, Türkiyəni itirmək ABŞ tarixinin ən böyük geosiyasi səhvi olacaq. Türkiyənin xüsusilə də indiki şəraitdə gündən-günə artan əhəmiyyətli mövqeyi ABŞ üçün açar rolunu oyana bilər.

“ABŞ-ın kəskin mövqeyi hazırkı situasiyada Ankara rəhbərliyində yalnızca ikrah hissi oyada bilər. Tərəflər arasındakı siyasi soyuqluq şübhəsiz ki, sonda hərbi əlaqələri də risq altına atacaq. Bu da Türkiyənin ABŞ-dan üz döndərməsinə, hətta İncirlik hərbi bazasının gələcəyi üçün təhdidlərin formalaşdırılmasına da səbəb ola bilər. İstənilən halda bu mübarizədə qalib gələn olmayacaq. Türkiyə uduzacaqsa, ABŞ da uduzacaq”, - deyə açıqlamada qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   Hərbi-əlaqələr  


Bizi "telegram"da izləyin